ŞİRKƏT HAQQINDA

ŞEH şirkətini Bakı şəhərində fəaliyyət göstərən təmizlik şirkətlərindən çox fərqlidir. Bu fərq nədən ibarətdir?

Fəaliyyət göstərdiyimiz 6 il ərzində biz Paşa Holding, Bank of Baku, ASAN xidmət, Tofiq Bəhramov adına Respublika stadionu, Azərbaycan Respublikasının Dövlət Neft Fondu, Olimpiya Komitəsi, Metropoliten və digər mühüm məkanlarla işləyərək şirkətin nüfuzunu yüksəyə qaldıra bilmişik. Bizə etibar etməyiniz üçün bir çox səbəblər var: Türkiyədə fəaliyyətə başlayaraq şirkətimiz istənilən ölçülü məkanlarda gündəlik və əsaslı təmizlik sahəsində böyük təcrübə qazanmış və bu xidmət növünün bütün qayda və ənənələrini öyrənmişdir. Bu dövr ərzində şirkətimiz böyüyərək təmizlik vasitələrinin istehsalçıları və peşəkar təmizlik avadanlığı istehsalçıları arasında dünya liderləri ilə əlaqələr qurmuşdur. Bizim tərəfdaşlarımız arasında Karcher, Nilfisk, Horeca, Faber, Ecolab, Kimberly-Klark və digər bu kimi iri şirkətlər aiddir.
Bizim müştərimizə çevrilərək siz etibarlı və dəyişməz yardımçı əldə edirsiz! Biz üç növbədə və istirahət günləri olmadan fəaliyyət göstəririk!
Ən əsası isə - ŞEH şirkətinin adı belə bizim əsas göstəricimizdir. Özünüzə təmiz yaşayış şəraiti, sabah şehinə bənzər təravət və gözəllik yaradın.
Artıq dünyaya təmiz pəncərələrdən baxmanın zamanı gəldi! İdeal təmiz döşəmədə gəzmənin zamanı gəldi! Təmiri yekunlaşdırmanın zamanı gəldi! Qazonu biçmənin zamanı gəldi! Təmiz hovuzda üzmənin zamanı gəldi! Bir sözlə - təmizlikdə yaşamanın zamanı gəldi! Bu işdə ŞEH şirkəti sizə yardım edəcək.

MENU